Qadin.NET / Makaronlu pomidor dolması (foto-resept)

Makaronlu pomidor dolması (foto-resept)

 

Tərkibi:

Makaronlu pomidor dolması (foto-resept)

yarım paket qaynadılmış makaron

8-10 ədəd orta boy pomidor

100 qram kolbasa

100 qram pendir

5-6 yarpaq təzə reyhan

duz 

zeytun yağı

 

Hazırlanması:

 

Qaynadılmış makaronu dərin kasaya qoyun. Pomidorları yuyun, başını qapaq formasında kəsərək içlərini qaşıq köməyi ilə boşaldın.

Kolbasa və reyhanı xırda-xırda doğrayın. Pendiri sürtgəcdən keçirin.

Kolbasanı, pendiri və reyhanı makaronun içinə əlavə edin. 1-2 yemək qaşığı zeytun yağı əlavə edərək yaxşıca qarışdırın.

Makaronlu pomidor dolması (foto-resept)

Hazırladığınız makaron içliyi qaşıq köməyi ilə pomidorların içinə doldurun və soba qabına qoyun.

200 dərəcə əvvəlcədən isidilmiş sobada 10-15 dəqiqə bişirin. 

Makaronlu pomidor dolması (foto-resept)

13 oktyabr 2019
GO BACK