Tərkibi:
2 su st bulqur
3 y/q zeytun yağı
1 ədəd orta boy soğan
1 ədəd orta boy kartof
1 ədəd bibər
7-8 ədəd şabalıd göbələyi
2 y/q pomidor sousu
4 su st su
duz
istiot
Hazırlanması:
Soğanları xırda-xırda, kartofları kub-kub doğrayın.
Bibərin çəyirdəklərin çıxarın və incə-incə doğrayın. Göbələkləri yuyub silin və istədiyiniz böyüklüyündə doğrayın.
Zeytun yağı və soğanları qazana əlavə edib soğanlar xəfif qızarana qədər qovurun.
Kartofları əlavə edib qovurmağa davam edin.
Kartoflar yumşalmağa başladıqda bibər və göbələkləri əlavə edərək 2 dəqiqə daha qovurun.
Bulquru əlavə edib qarışdırın.
Pomidor sousu, duz, istiot əlavə edib qarışdırmağa davam edin.
Son olaraq isti su əlavə edib qarışdırın və bulqurlar suyunu çəkib göz-göz olana qədər bişirin.
Bişən bulqur plovunu 15 dəqiqə qədər gözlədin sonra servis edin.