Qadin.NET / Heyva dolması (foto-resept)

Heyva dolması (foto-resept)

 

Tərkibi:

6 ədəd orta boy heyva

250 qram orta yağlı qiymə

1 orta boy soğan

1-1,5 çay st düyü

1 y/q  bibər pastası

2 y/q doğranmış cəfəri

duz

istiot

yenibahar (ədviyyat)

 

bişirmək üçün:

4 y/q doşab

2 y/q narşərab 

su 

 

Hazırlanması:

Heyvaları yuyun, başlarını qapaq etmək üçün, alt hissələrini isə qazana oturması üçün bıçaqla kəsin. 

Hazırladığını heyvaları qaralmaması üçün su dolu geniş qabın içinə atın.

Soğanı xırda-xıra doğrayın, qiymə, düyü, tomat, cəfəri, duz istiot və yenibaharı əlavə edərək yoğurun.

Heyvaları sudan çıxarıb süzün və hazırladığınız içliyi içlərinə doldurun.

Heyva dolması (foto-resept)

Qazana yerləşdiyiniz heyvaların qabaqlarını basmadan bağlayın. 

Heyvaların yarısından biraz yuxarı çıxacaq formada su doldurun, narşərabı və doşabı üstündə gəzdidirin.

Heyvalar yumşalıb, düyülər bişənə qədər bişirin.

İstəyə görə cəfəri ilə servis edin.

Heyva dolması (foto-resept)

 

10 oktyabr 2019
GO BACK