Tərkibi:
2 ədəd kiçik boy kartof
1 ç/q kərə yağı
1 qəhvə fincanı sürtgəcdən keçirilmiş pendir
3 dilim kolbasa
1 qəhəv fincanı yaşıl noxud
1 qəhvə fincanı qarğıdalı
duz
bibər
Hazırlanması:
Kartofları yuyun və qurulayın. Kolbasaları incə-incə dilimləyin.
Kartofları 750 vattda 4-5 dəqiqə bişirin. Kartofları sobadan çıxardıqdan sonra bıçaq və çəngəllə bişib-bişmədiyini öyrənə bilərsiniz.
Qarğıdalı və kartofu kiçik porselen qaba qoyaraq 1-2 dəqiqə mikrodalğalı sobada bişirin.
Bişən kartofları 2 hissəyə bölün və içini qaşıqla çıxarın. (İçini çıxararkən kənarlarını çox nazikləşdirməyin ki, dağılmasın.)
Kartofların içlərini kasada kərə yağı və pendirlə qarışdırın. İçlərini qaşıq köməyi ilə kartofları yenidən doldurun.
Kartofların üstünə hazırladığınız qarğıdalı, yaşıl noxud, kolbasa və bibərlə bəzəyin, istəyə görə ketçap və mayonez sıxaraq servis edin.