Qadin.NET / İspanaqlı qovurma (foto-resept)

İspanaqlı qovurma (foto-resept)

 

Tərkibi:

 

1 ədəd orta boy soğan

3 y/q zeytun yağı

500 qram ispanaq

1 diş sarımsaq

7-8 ədəd kiçik pomidor

duz

istiot

 

Hazırlanması:

İspanaqları təmizləyin və saplarını ayırın. Sirkəli suda saxlayın və 2-3 su yuyub süzülməsi süzgəcdə saxlayın.

Soğanı və sarımsağı xırda-xırda doğrayın.

İspanaqları iri-iri doğrayın.

Dərin tavaya zeytun yağı və soğanı əlavə edin. Biraz duz əlavə edin və orta dərəcədə soğanlar xəfif qızarana qədər qovurun.

Sarımsağı əlavə edib 1-2 dəfə qarışdırın.

İspanaqlı qovurma (foto-resept)

İspanağın 3də birini tavaya əlavə edin və qarışdıraraq özünü çəkməsini gözləyin, ispanaqların üstünə eyni miqdarda ispanaq əlavə edin və eyni formada bişirin.

Qalan ispanaqlarla birlikdə ikiyə böldüyünüz kiçik pomidorları, duzunu və istiotları əlavə edərək 4-5 dəqiqə qədər bişirin.

İstəyə görə ilıq və ya soyuq servis edin.

İspanaqlı qovurma (foto-resept)

 

3 oktyabr 2019
GO BACK