Tərkibi:
1 ədəd qaynadılmış toyuğun döş əti (didiklənmiş)
2 y/q kərə yağı
2 su st düyü
1 ç/q zərdəçal
1 su st qaynadılmış yaşıl noxud
1 su st qabıqsız çiy badam
2-3 y/q antep fıstığı
2 y/q kərə yağı (badamları qovurmaq üçün)
3,5 su st toyuq suyu
Hazırlanması:
Badamları kərə yağında rəng açılana qədər qovurun və qırağa qoyun.
30 dəqiqə ilıq duzlu suda gözlətdiyiniz düyüləri süzün və qırağa qoyun.
2 yemək qaşığı kərə yağını qazana əlavə edin. Düyüləri və duzunu əlavə edərək xəfif şəfaflaşana qədər qovurun.
Zərdəçal, fıstıq və badamları əlavə edərək qovurmağa davam edin.
Noxudları və suyunu əlavə edərək qarışdırın və qapağı bağlı olaraq suyunu çəkənə qədər bişirin.
Suyunu çəkən plova toyuqları əlavə edib qarışdırın və dəmlənməyə qoyun.