Tərkibi:
15 ədəd göbələk
kərə yağı
sürtgəcdən keçirilmiş pendir
duz
Hazırlanması:
Göbələkləri təmizləyib qabıqlarını soyun, sobada yan-yana düzün. Üstlərinə duz səpib, göbələklərin içinə 1 qaşıq kərə yağı qoyun. 185 dərəcədə 20 dəqiqə bişirin.
Daha sonra sobadan götürüb üstlərinə sürtgəcdən keçirilmiş pendir səpin. Pendirlərin üstü qızarana qədər 10-15 dəqiqə sobada saxladıqdan sonra isti-isti servis edin.