Tərkibi:
2 ədəd yumurta
2 dilim pendir
duz
3 orta boy kartof
Hazırlanması:
Kartofları soyun, sonra yuyun. Yuduqdan sonra sürtgəcdən keçirin. Sürtgəcdən keçirdikdən sonra suyunu sıxın.
Bir qaba qoyub üstünə 2 yumurta və duzu əlavə edib qarışdırın. Soba listinə yağlı kağız sərin. Sonra qarışımı 4 bərabər hissəyə bölərək düzbucaqlı forma verin. Sobanı 180 dərəcədə qızdırın.
Sobada 20 dəqiqə bişirin. Bişirdikdən sonra sobadan çıxarın. İkisinin üstünə pendirləri yerləşdirin. Qalan ikisini də pendir dilimlərinin üstünə yerləşdirin. Sobada 5 dəqiqə bişirdikdən sonra servis edin.