Tərkibi:
800 qram quşbaşı dana əti
2 ədəd orta boy heyva
2 ədəd orta boy quru soğan
2 ədəd orta boy kök
4 y/q zeytun yağı
1 su st isti su
1 ədəd dəfnə yarpağı
1 ədəd çubuq darçın
1 ç/q duz
1/2 ç/q təzə çəkilmiş dənə istiot
Hazırlanması:
Soğanları dörd hissəyə bölün. Heyvaları böyük parçalar halında doğrayın.
Kökləri yarım ay formasında kəsin.
Ətləri zeytun yağında qovurun, daha sonra içinə digər ərzaqları əlavə edin və qovurun.
Bir stəkan isti suyu və ədviyyatları əlavə etdikdən sonra qovurmağa davam edin.
Soba qabına qovurduğunuz ərzaqları əlavə edin və soba listinə qoyaraq 200 dərəcədə 20 dəqiqə bişirin.