Qadin.NET / Meşə kababı (foto-resept)

Meşə kababı (foto-resept)

 

Tərkibi:

yarım kq quşbaşı doğranmış ət

1 kq yaşıl noxud

1 ç/q bibər pastası

1 ç/q pomidor pastası

1 diş sarımsaq

1 y/q kərə yağı

1 ədəd böyük boy kök

2 ədəd kartof

2 ədəd yaşıl bibər

çox az duru yağ

duz, istiot, kəklikotu

isti su

 

Meşə kababı (foto-resept)

Hazırlanması:

Yuyub suyubu süzdüyünüz əti qazana qoyun, suyunu çəkənə qədər qovurun.

Daha sonra soğanı, sarımsağı, kərə yağını və çox az duru yağ əlavə edib qarışdırın.

2 su st isti su əlavə edib ətlər yumşalana qədər, suyunu çəkənə qədər bişirin.

Suyunu çəkən ətə, pomidor və bibər pastası əlavə edib biraz qovurduqdan sonra doğranmış kökləri əlavə edib qovurmağa davam edin.

Yaşıl noxudları əlavə edib qovurduqdan sonra, üstünü keçəcək qədər isti su əlavə edin.

Meşə kababı (foto-resept)

Ədviyyatları və duzu əlavə edib, ən sonda kub-kub  doğranmış kartoflarını içinə qoyun.

Doğranmış yaşıl bibərləri də əlavə edib, bir neçə dəqiqə bişirdikdən sonra, yeməyi qazın üstündən götürüb kəklikotu əlavə edib qarışdırın. 

Yarım saat ağzı bağlı özünə gəlməsini gözləyin. Servis edə bilərsiniz.

Meşə kababı (foto-resept)

 

 

3 avqust 2019
GO BACK