Tərkibi:
1 st kub pomidor
3-4 diş sarımsaq
4 y/q zeytun yağı
1 neçə yarpaq reyhan
Duz, istiot və acı qırmızı istiot
1 paket makaron
Hazırlanması
Sarımsaqları təmizləyin, pomidorları blenderdən keçirin
Tavaya zeytun yağı tökün, sarımsaqları əzərək əlavə edin. 1-2 dəqiqə bişirin. Pomidorlar əlavə edilir, aşağı dərəcədə 10-15 dəqiqə bişirilir.
Duz, istiot, reyhan əlavə edilir. Makaronu qaynadın, sousu qarışdırıb servis edin. İstəyə görə pendir əlavə edin.