Tərkibi:
1 qutu pomidor püresi
1 top mozarella pendir
6 ədəd göbələk
1 qutu ton balığı
kəklikotu
Xəmir üçün:
550 qram un
5 qram maya
1 ç/q toz şəkər
1 y/q zeytun yağı
300 ml su
duz
Hazırlanması:
Pizza xəmiri üçün maya, duz, toz şəkər, zeytun yağı və suyu dərin qabın içinə əlavə edib mikserlə çırpın.
Daha sonra unu əlavə edib xəmiri yoğurun. Xəmiri yuvarlayıb üstünü dəsmala bağlayın, 3 saata qədər saxlayın.
Xəmiri 3 bərabər hissəyə bölün, oxlo ilə açın.
Pizzanın xəmirinə ilk əvvəl pomidor sousu, daha sonra pendiri yayın.
Üstünə dilimlənmiş göbələk və balığı düzün. Kəklikotu səpib əvvəlcədən isidilmiş 250 dərəcədə 5-6 dəqiqə bişirin.
Dilimləyərək servis edin.