Tərkibi:
5 ədəd quru soğan
İçlik üçün:
2 su st plovluq bulqur
1 su st düyü
1 ədəd quru soğan
yarım dəstə cəfəri
yarım çay st duru yağ
1 y/q pomidor pastası
istiot
1 ç/q narşərab və duz
soğanları qaynatmaq üçün su
Tomatlı sous üçün:
1 y/q tomat
3-4 qaşıq duru yağ
4 su st su
Hazırlanması:
Qabığını soyduğunuz soğanların qıraqlarını kəsib, ortadan yarısına qədər bıçaq kəsərək qaynayan suyun içinə atın.
Təxminən 8-10 dəqiqə qaynadıb kənara qoyun.
Daha sonra içliyi hazırlayın. Dərin qabda bulqur və düyünü birlikdə yuyub süzün.
Sonra doğradığınız quru soğanı, cəfərini və tomatını, ədviyyatını, duzu atıb yaxşıca qarışdırın.
Qaynatdığınız soğanları ortadan başlayaraq ayırın. Soğanların içinə çay qaşığı içlikdən qoyub qazana düzün.
Üstünə tomatlı suyu üstünü keçəcək formada tökün. Üstünə boşqab yerləşdirin, qaynayana qədər gözləyin.
Bişən soğan dolmalarını servis qabına qoyun.