Tərkibi:
Sümüksüz balıq əti - 500 qr
Kələm -100 qr
Yerkökü - 1 ədəd
Soğan - 1 ədəd
Sarımsaq - 1 ədəd
Keşniş, şüyüd zövqə görə
Azərduz yodlu narın xörək duzu, istiot
Suxarı
Qızartmaq üçün duru yağ
Hazırlanması:
Balıq əti xırda doğranır, ət maşınından keçirilir.Soğan xırda doğranır, yağda bir az qovurulur.
Sonra üzərinə rəndədən keçirilmiş yerkökü əlavə edilir, qovurulur.
Yerkökünün üzərindən rəndədən keçirilmiş kələm əlavə edib bir az qovururuq.
Qovurduğumuz qarışığa balıq əti, keşniş, şüyüd, duz, istiot və sarımsağı xırda doğrayıb əlavə edirik və yaxşıca qarışdırırıq.
İndi isə hazır qarışıqdan əlimizə alıb kotlet formasına salırıq.
Sonra suxariyə batırırıq.
Tavada yağı qızdırırıq və kotletlərimizi aşağı odda qızardırıq.
Kotletin ikinci üzünü qızardan zaman qapaqla tavanın ağzını örtürük ki, kotletin içi yaxşı bişsin.
Budur, balıq ətli tərəvəz kotletimiz hazırdır.
Nuş olsun!