Qadin.NET / Badımcan qızartması (foto-resept)

Badımcan qızartması (foto-resept)

 

Tərkibi:

6 ədəd badımcan

1 su st un

1/2 su st un

3 ədəd yumurta

1 ç/q duz

1 ç/q istiot

3 su st duru yağ

 

Hazırlanması:

Badımcanların qabıqlarını ala-tala soyun. Daha sonra badımcanlar duzlu suda saxlayın. Bir kasanın içinə unu, istiotu və duzu əlavə edib qarışdırın. Suda saxladığınız badımcanların suyunu süzün və yaxşıca qurulayın.

Badımcan qızartması (foto-resept)

Qızartma yağını tavaya əlavə edin və qızarmasını gözləyin. Yumurtaları bir kasa qoyun və çırpın. Quruladığınız badımcanları ilk əvvəl yumurtaya, sonra unlu qarışıma batırın. İsti yağda qızarana qədər qızardın.

Badımcan qızartması (foto-resept)

21 iyul 2019
GO BACK