Qadin.NET / Zeytun yağlı badımcan (foto-resept)

Zeytun yağlı badımcan (foto-resept)

 

Tərkibi

 

2 ədəd badımcan

300 qram quzu əti

2 ədəd quru soğan

2 ədəd uzunsov bibər

1 ədəd böyük pomidor

1 y/q tomat pastası

5 diş sarımsaq

istiot

duz

Kəklikotu

Duru yağ

 

Hazırlanması:

 

Badımcanları soyun və 1 sm genişliyində dilimləyin. Duru yağda qızardın və kağız dəsmalın üstünə qoyun.

Tavaya 2 y/q duru yağ əlavə edərək kiçik kəsilmiş soğanı qovurun.

Daha sonra əti istədiyiniz kiçiklikdə doğrayın və sarımsaqla qovurun.

Əti yaxşıca qovurduqdan sonra kiçik doğranmış bibərləri və pomidoru əlavə edin.

Ədviyyatları əlavə edərək qovurmağa davam edin.

Pomidorlar yumşalıb suyunu çəkənə qədər bişirin.

Zeytun yağlı badımcan (foto-resept)

Badımcanları soba listinə düzün və üstünə qaşıqla ortası çuxur olacaq formada basın.

İçlikdən üstünə qoyun. Daha sonra 2 su stəkanı isti suda əzmiş olduğunuz tomatı soba listinə əlavə edin.

200 dərəcəlik sobada 15-20 dəqiqə bişirin.

Zeytun yağlı badımcan (foto-resept)

16 iyul 2019
GO BACK