Qadin.NET / Yaşıl mərci plovu (foto-resept)

Yaşıl mərci plovu (foto-resept)

 

Tərkibi:

 

1 su st iri bulgur

yarım su st yaşıl mərci

1 ədəd soğan

2 y/q zeytun yağı

1 y/q kərə yağı

1 ç/q duz

1 ç/q istiot(istəyə görə)

 

Hazırlanması:

Yaşıl mərciləri qaynadın və suyunu süzdükdən sonra kənara qoyun.

Bulguru kərə yağında qovurun üstünə su əlavə edin, duzu da əlavə edib bişirin.

Yaşıl mərci plovu (foto-resept)

Plov suyunu çəkənə yaxın mərciləri içinə atın və çevirin. Suyunu çəkəndə altını söndürüb dəmlənməyə qoyun.

Tavada doğranmış soğanları zeytun yağında qovurun. Soğanlar yumşalanda istəyə görə istiot vurub, altını söndürün. Servis edərkən boşqabda plovun üstünə soğanı əlavə edin. 

Yaşıl mərci plovu (foto-resept)

5 iyul 2019
GO BACK