Tərkibi:
6 ədəd kartof
1 ədəd quru soğan
2 y/q zeytun yağı
1 y/q tomat pastası
2 ovuc doğranmış cəfəri
1 ç/q duz
1 ç/q istiot
Hazırlanması:
Kartofları yaxşıca yuyun və qabıqlarını soyun. Qazanda qaynadın.
Qaynadılmış kartoflar soyuduqdan sonra kub-kub doğrayın.
Tvaya incə-incə doğranan soğanları əlavə edib qovurun. Sonra tomat əlavə edin və 1 neçə dəqiqə daha qovurduqdan sonra, doğradığınız kartofları əlavə edin. Üstünə cəfəriləri də əlavə edin.
Duz və istiotları əlavə etdikdən sonra yüksək dərəcədə bir neçə dəqiqə qovurun. Tavanın qapağını bağlayıb 2 dəqiqə gözlədikdən sonra servis edin.