Qadin.NET / Göbələkli qovurma (foto-resept)

Göbələkli qovurma (foto-resept)

 

Tərkibi:

 

1 kq göbələk

2 ədəd quru soğan

4-5 ədəd bibər

1 diş sarımsaq

2 ədəd pomidor

1 y/q kərə yağı

yarım çay st duru yağ

duz, istiot

 

Hazırlanması:

Göbələklərin qabıqlarını soyaraq yaxşıca yuyun. Daha sonra suyunu süzüb, iri-iri doğrayın.

Tavaya kərə yağı və duru yağ əlavə edərək göbələkləri qovurun.

Göbələklər suyunu çəkib xəfif qızarmağa başlayanda, halqa-halqa doğranmış soğanları, sarımsaqları və bibərləri də əlavə edib qovurmağa davam edin.

Göbələkli qovurma (foto-resept)

Soğanlar çəhrayi rəng alanda göbələklər qızaranda kub-kub doğranmış pomidorları, duzu və istiotu əlavə edin.

Pomidorlar bişənə qədər qarışdırdıqdan sonra servis edin.

Göbələkli qovurma (foto-resept)

3 iyul 2019
GO BACK