Tərkibi:
1 kiloqram quşbaşı dana əti
5 ədəd badımcan
2 ədəd quru soğan
4-5 yaşıl bibər
5-6 diş sarımsaq
istiot, duz, bibər
1 y/q pomidor sousu
2 ədəd pomidor
duru yağ
Hazırlanması:
Quşbaşı doğranmış əti qazana qoyun. Üstünü keçəcək qədər su doldurun.
Qazanın qapağı bağlandıqda bir müddət qaynadaraq üstünə yığılan köpükləri götürün.
Sonra qapağı bağlayaraq 10 dəqiqə bişirin. Badımcanları soyub doğrayın. 20 dəqiqə duzlu suda saxlayın. Suyu süzülən badımcanları kağız dəsmalla qurulayaraq isti yağda qızardın.
Qazana 3 yemək qaşığı duru yağ əlavə edərək 2 ədəd doğranmış soğanla qovurun. Sonra yaşıl bibərləri doğrayıb əlavə edin. Sarımsaqlar da əlavə edilərək qovrulmalıdır.
İsti, duz əlavə edin. Son olaraq qaynadılmış ətləri əlavə edin və qarışdıraraq qazın üstündən götürün.
Qızardılmış badımcanları və ətli qarışımı qarışdırın.
Üstlərinə pomidor dilimləri və bibər düzün. 1 yemək qaşığı pomidor pastası 1 su st ət suyunda əzilərək yeməyin üstünə gəzdirilir. 200 dərəcədə pomidor və bişənə qədər bişirilir.