Tərkibi:
500 qram toyuğun döş əti
2 ədəd soğan (doğranmış)
3 ədəd pomidor (kub doğranmış)
1/2 dəstə cəfəri
1 ç/q duz
1 ç/q istiot
1/2 ç/q cirə
3 y/q zeytun yağı
4 ədəd sendviç çörəyi
Hazırlanması:
Toyuqları qaynadın və qaynatdıqdan sonra kiçik-kiçik doğrayın.
Tantunini hazırlayacağınız tavanı yaxşıca isidin.
Yağ ilə birlikdə bütün ədviyyatları tavaya atın və ədviyyatların qoxusu çıxdıqdan sonra toyuqları əlavə edin.
Toyuqlar qızaran qədər qovurun.
Toyuğu qazın üstündən götürməyə yaxın pomidor və soğanları tavaya atın və çevirərək bişirin.
Soğan və pomidorların xəfifi diri qalması üçün bişirməyin.
Son olaraq cəfəri də əlavə etdikdən sonra qarışdırın və qazın üstünə qoyun.
Sendviç çörəyini və lavaşı isidin. Toyuq tantuniyi yayın və isti servis edin.