Qadin.NET / Lobya (foto-resept)

Lobya (foto-resept)

 

Tərkibi:

 

1 kq təzə lobya

3 orta boy soğan

yarım çay st zeytun yağı

1 limon

1,5 su st qədər su

1 y/q un

duz

 

Üstü üçün;

yarım dəstə şüyüd

sarımsaqlı qatıq

 

Hazırlanması:

Lobyaları təmizləyib, yuyun. İçinə yarım limon sıxılmış geniş qaba su doldurub doğradığınız paxlaları içinə qoyun.

Qazana yağ əlavə edib, içinə kub-kub doğradığınız soğanları əlavə edib, qovurun. Daha sonra limonlu suda saxlayın və süzdüyünüz lobyaları içinə əlavə edin. Yenidən içinə 1 limon suyu əlavə edib öz suyunda qovurun.

 

Lobya (foto-resept)

 

 

Daha sonra 1.5 qədər su stəkanın içinə un əlavə edin və yaxşıca çırpıb qovrulmuş olan lobyaları üstünə tökün. Daha sonra duzu da əlavə edib yaxşıca lobyaları yumşalana qədər bişirməyə davam edin.

Bişdikdə altını söndürüb soyumasını gözləyin, üstünə şüyüd səpin və sarımsaqlı qatıq hazırlayıb üstünə tökün.

 

Lobya (foto-resept)
Nuş olsun!

 

7 iyun 2019
GO BACK