Qadin.NET / Tərəvəzli qovurma (foto-resept)

Tərəvəzli qovurma (foto-resept)

 

Tərkibi:

1 ədəd kiçik paket toyuğun döş əti

2 y/q duru yağ

4 diş sarımsaq

1 ç/q köri

duz

kəklikotu

qırmızı bibər

istiot

1 orta boy pomidor

1 ədəd yaşıl bibər

 

Hazırlanması:

Həm geniş, həm də dərin tavaya yağı tökün. Daha sonra bütün ərzaqları kub-kub doğrayın. İlk toyuqları qoyun. Sonra suyunu çəkənə qədər yaxşıca qovurun.

Suyunu saldıqdan sonra 4 diş sarımsağı kiçik-kiçik doğrayaraq içinə atın.

Tərəvəzli qovurma (foto-resept)

Sonra ədviyyatları əlavə edin. Bişənə yaxın bibər və pomidorları əlavə edərək yumşalana qədər gözləyin. Pomidorlar yumşaldığında servis edə bilərsiniz.

Tərəvəzli qovurma (foto-resept)

20 may 2019
GO BACK