Tərkibi:
6 ədəd yumurta ağı
6 ədəd cherry pomidor(ikiyə bölünmüş)
1 şaxə dərman rozmarini
1 çimdik duz
1 çimdik istiot
1/2 dəstə cəfəri
3 ədəd göbələk
1 ç/q zeytun yağı
Hazırlanması:
Əvvəlcədən isidilmiş tavanı yağlayın. İsti yağda göbələkləri qovurun.
Yumurtanın ağını 2-3 dəfə qarışdırıb çırpdıqdan sonra tavaya tökün.
Pomidor və rozmarin yarpaqlarını omletin üstünə səpin.
Duz və istiotı əlavə etdikdən sonra qapağı bağlayın və aşağı dərəcədə 5 dəqiqə bişirin.
İstəyə görə üstünə cəfəri əlavə edə bilərsiniz.