Tərkibi:
yarım kiloqram quşbaşı ət
3 ədəd kartof
3 ədəd badımcan
yarım kq lobya
2 diş sarımsaq
2 bpyük pomidor
1 böyük soğan
1 y/q kərə yağı
1 y/q pomidor pastası
1 y/q duz
isti su
Hazırlanması:
Əvvəlcə ətləri yuyub, suda bişirin. Kərə yağını da əlavə edərək biraz qovurun.
Daha sonra xırda-xırda doğranan soğanları, pomidorları da əlavə edərək 5 dəqiqə qovurun.
Sonra pomidor pastasını və sarımsaqları da əlavə edərək, iki dəfə qarışdırın.
Badımcanları soyub kub-kub kəsin. Kartofları da soyduqdan sonra eyni formada kəsə bilərsiniz.
Qarışıma bütün ərzaqları əlavə edərək bişməyə qoyun.
Sulu sevirsinizsə, su əlavə edə bilərsiniz.