Qadin.NET / Piti (foto-resept)

Piti (foto-resept)

 

Tərkibi:

Qoyun əti (sümüklü və yağlı) bir porsiya üçün 1 parça

1 böyük kartof və ya şabalıd

1 ovuc noxud

1 baş soğan

alça 

sarıkök

duz, istiot

 

Hazırlanması

Əvvəlcədən noxudu soyuq suda isladın və bir-neçə saat sonra natamam bişirin. Əti yuyub qazanın içinə qoyun və su tökün. Su ətin üstünədək olmalıdır. Qazana bir baş təmizlənmiş soğan atın və orta temperaturda bişirin. Ətin kəfini yığın, bulyon şəffaf olmalııdır. Qoyun ətini bir saata yaxın bişirin və duz əlavə edin. Ətin bişməyini çəngəllə yoxlayın, bişəndən sonra baş soğanı çixarıb atın. Soğan onun üçün atılır ki, qoyun ətinin qoxusunu özunə çəksin. Kartofu təmizləyib qazana tökün, bir az sarıkök, noxud və alçanı əlavə edin. Kartof bişərkən yarım xörək qaşığı tomat pastası ya xırda doğranmış pomidor tökün. 5-10 dəqiqə bişirin.

Piti (foto-resept)

Əsil pitidə kartof olmur, yerinə şabalıd qoyulur. Hazır pitini süfrəyə verərkən, yanında lavaş ya çörək, nazik həlqələrlə doğranmış soğan, göyərti və ya şoraba da verilir

Piti (foto-resept)

26 aprel 2019
GO BACK