Qadin.NET / Tərəvəzli çevirmə plov (foto-resept)

Tərəvəzli çevirmə plov (foto-resept)

 

Tərkibi:

 

2 su st düyü

2 ədəd badımcan

2 ədəd bibər

5-6 kiçik boy toyuq budu

duz

istiot

düyünün üstünə az tökəcək qədər budları qaynatdığınız su

 

Hazırlanması:

Badımcanları soyaraq qaralmaması üçün suyun içinə qoyun. Bu əsnada toyuqların dərisini çıxararaq, bol suyun içində qaynadın.

Bibərləri doğrayın. Xəfif rəngi dəyişənə qədər qovurun. Sonra badımcanları qurulayıb yağın içində qızardın.

Qaynadılmış toyuqların suyunu süzüb, az yağda qızardın.

Toyuqlar qızardıqda üstünə qızardılan badımcanları və bibərləri düzün, qaşıqla üstlərini basın.

Ən üst qismə düyü olacaq formada qaşıqla basın. Düyülərin üstünə toyuğun qaynar olan suyundan üstünə çox az keçəcək qədər əlavə edin.

Tərəvəzli çevirmə plov (foto-resept)

Ən son duz və istiotu əlavə edərək qaynamağa qoyun. Sonra aşağı dərəcədə bişirin.

Plovu qoyduğunuz qabı tərs çevirərək servis edə bilərsiniz.

Tərəvəzli çevirmə plov (foto-resept)

20 aprel 2019
GO BACK