Tərkibi:
içlik:
1 ədəd balqabaq
2 ədəd baş soğan
1 ədəd nar
Xəmir:
350 qram un
200 ml su
Duz
Yağ
Hazırlanması:
Bu növ qutabların hazırlanması ət qutabı ilə eynidir. Balqabaq qabıqdan təmizlənib kub şəklində doğranır. Orta alov üstündə, qapağı örtülü qabda, öz buğunda (bir az su əlavə etmək olar) bişirilir. Balqabaq şirin deyilsə, onda bir az şəkər əlavə edlir. Balqabaq bişdikcə su salır, bundan narahat olmayın. Balqabağı qarışdıraraq püre vəziyyətinə salın, suyun buxarlanması üçün qazanın qapağını açın.
Soğanı kvadrat şəklində doğrayın və qızılı rəngədək qızardın, bir qədər duz əlavə edin. Balqabağın suyu çəkiləndən sonra qızarmış soğanı qatın və dənələnmiş nar əlavə edin.
Una bir az ilıq su və duz əlavə edib, orta bərklikdə , ancaq ələ də yapışmayan xəmir yoğurun. Xəmiri yumruq boyda kəsin və kündələyin. Kündələri nazik yayın və dessert boşqabı ölçüsündə dairələr kəsin. Dairənin yarısına nazik layla balqabaq qiyməsi qoyun və aypara şəklində bükün, qıraqlarını bərkidin.
Qutabları yağda qızardın.