Tərkibi:
5 ədəd yumurta
2 y/q əridilmiş kərə yağı
Keşniş, şüyüd, nanə, göy soğan
duz
istiot
Hazırlanması:
Göyərtiləri yaxşıca təmizlədikdən sonra yuyun. Yuduqdan sonra isə xırda-xırda doğrayın.
Yumurtaları sındırıb duz və istiot əlavə edirik.
Yumurta ilə göyərtiləri qarışdırıb çırpırıq.
Kərə yağını tavada isitdikdən sonra, qarışımı yağa əlavə edin.
Tavanın ağzını örtüb aşağı dərəcədə bişirin. Bir tərəfi qızardıqdan sonra digər üzünü qızardın.
Nuş Olsun!