Qadin.NET / Pomidor souslu kotlet (foto resept)

Pomidor souslu kotlet (foto resept)

 

Tərkibi:

 

pomidor sousu üçün:

2 y/q pomidor pastası

1/2 y/q kərə yağı

1 ç/q toz şəkər

1/2 ç/q duz

1/2 su st su

 

Kotlet üçün:

500 qram dana qiyməsi

1 çay at boyat çörək içi

1,5 ç/q duz

1,5 ç/q istiot

2 ədəd soğan

 

üstü üçün:

1 su st qatıq

4 y/q kərə yağı (əridilmiş)

2 ədəd pide (kub formasında doğranmış)

1 su st ət suyu 

2 ədəd bibər

1 ədəd pomidor

 

Hazırlanması:

Geniş kasada qiymə, boyat çörək qırıntıları və incə doğranmış quru soğanları, duz və istiotu yaxşıca yoğurun.

Qoz böyüklüyündə yuvarlaq kotlet hazırlayıb, tavada qızardın.

Bibər və pomidorları da kotletləri bişirdiyiniz tavada közərmiş görünənə kimi bişirin.

Pomidor sousu üçün kərə yağını tavada əridin. Üstünə tomat pastası, toz şəkər və duzu əlavə edib, qovurun. Suyu üstünə əlavə edib qaynadıb qazın üstündən götürün. 

Pomidor souslu kotlet (foto resept)

Doğranmış pideləri servis qabına qoyun. Üstünə isidilmiş ət suyunu tökün. Çırpılmış qatığı, sonra pomidor sousunu pidelərin üstünə tökün. 

Kotletlərin üstünə qoyun. Bibər və pomidorları da əlavə etdikdəm sonra qızmış kərə yağını kotletlərin üstünə gəzdirib servis edin.

Pomidor souslu kotlet (foto resept)

 

31 mart 2019
GO BACK