Qadin.NET / Əcəb Sandal (foto resept)

Əcəb Sandal (foto resept)

Tərkibi:

6 dənə orta boy badımcan,

2 dənə orta boy kartof,

1 dənə dolmalıq bibər,

1 dənə pomidor,

6-dənə reyhan,

1 kiçik çay stəkanı su,

1 cay stəkanı kərə yagı,

Zövqə görə duz,

İstiot

 

Hazırlanması:

Yuvarlaq doğranmış kartofları qazanın dibinə düzün.

Üzərinə yarım ay şəklində doğranmış soğanlar əlavə edin.

Soğanların üstünə duz və istiot səpin.

Soyulub duzlu suda gözlədilən badımcanları yuvarlaq dograyaraq soğanlarin üstündən düzün.

Badımcanların üstündən duz və istiotu səpin.

Sonra qabıqları soyulan pomidor və bibəri yarım ay səklində doğrayıb ən üstdən düzün.

Onların üstündən duz və istiot səpib reyhan yarpaqları əlavə edib, kərə yağı və su töküb vam odda bişməyə qoyun.

Əcəb Sandal (foto resept)

Bu yeməyi heç qarışdırmadan bişirmək lazımdır.

Yemək qaynadıqdan 30-40 dəqiqə sonra çəngəllə tərəvəzlərin bişməsini yoxlayın.

Əcəb Sandal (foto resept)

28 mart 2019
GO BACK