Qadin.NET / Sobada ördək (foto resept)

Sobada ördək (foto resept)

 

Tərkibi:

 

1 orta ölçüdə ördək (təxminən 2 kq)

2 alma

6 kartof

3 diş sarımsaq

duz, istiot 

 

Hazırlanması:

 

Ördəyi yuyun, təmizləyin, üstünə və içinə duz sürtün, plyonkaya bükün, 1 gün soyuducuda saxlayın.

Sarımsağı əzin, istiotla qarışdırın, ördəyə sürtün.

Almaları doğrayın, ördəyin içinə doldurun, dərini diş çöpləri ilə bərkidin və ya sapla tikin.

Sobanı qabaqcadan 200 C qədər qızdırın, ördəyi sobaya qoyun, 20 dəqiqədən sonra sobanın temperaturunu 170 C azaldın və təxminən 1 saat 10 dəqiqə bişirin. Vaxtaşırı olaraq çıxan şirəni ördəyin üzərinə tökün.

 

Sobada ördək (foto resept)

 

 

Kartofu soyun, 4-8 hissəyə bölün (kartofun ölçüsündən asılıdır), soyuq suya qoyun, duz əlavə edin, 2-3 dəqiqə qaynadın, suyu süzün.

Kartofu ördəyin hazır olmasına təxminən 20 dəqiqə qalmış tavaya ördəyin ətrafına düzün.

20 dəqiqədən sonra yemək hazırdır.

 

Sobada ördək (foto resept)

 

18 mart 2019
GO BACK