Qadin.NET / Ədviyyatlı toyuq plovu (foto resept)

Ədviyyatlı toyuq plovu (foto resept)

 

Tərkibi:

 

1 stəkan düyü

2/1 toyuq

1 ədəd soğan

1 ədəd pomidor

3 diş sarımsaq

Ədviyyatlar (duz, istiot, zəncəfil, darçın, badam, quru üzüm)

 

Hazırlanması:

Soğanı təmiz soyun. Soğanları yuyub doğrayın.

Pomidoru yuduqdan sonra qabığını soyun və doğrayın.

Hazırladığınız bu ərzaqları yağda qovurun.

Toyuğu təmiz-təmiz yuyun.

Təmizlədiyiniz toyuqları doğrayın.

Doğradığınız toyuqları və ədviyyatları da qovurduğunuz ərzaqların üstünə əlavə edib daha 5 dəqiqə aşağı dərəcədə bişirin.

Sonra üstünə isti su əlavə edin.

Ədviyyatlı toyuq plovu (foto resept)

Toyuqlar bişənədək qazandan çıxarıb sobaya qoyun və qızarana qədər bişirin. 

Toyuqlar tamamilə qızardıqdan sonra sobadan çıxarın. 

Plovunuz bişdikdən sonra geniş qaba tökün və üstünə qızarmış toyuqları yerləşdirin.

Üstünə fıstıq, badam və quru üzüm səpib servis edin.

Ədviyyatlı toyuq plovu (foto resept)


17 mart 2019
GO BACK