Tərkibi:
500 qram quzu qabırğa
yumşalması üçün:
3 y/q duru yağ
1 ədəd sürtgəcdən keçirilmiş soğan
2 ç/q tomat pastası
yarım çay st süd və ya qatıq
duz
kəklikotu
Qızartmaq üçün:
duru yağı
Hazırlanması:
Quzu ətinin yumşalması üçün ərzaqları qarışdırıb, ətləri masaj edərək qarışdırın. Ağzı bağlı formada qarışımı 1-2 saat soyuducuda saxlayın.
Tavada yağı qızardın. Qabırğaları tavaya düzün, ağzını bağlayın, qazın dərəcəsini azaldın. Tavanın ağzını açıb arada ətləri çevirin. 12 dəqiqə tavada bişirin. Sonra sobada 150 dərəcədə 10 dəqiqə bişirin.