Tərkibi:
1 kq duyu
0.5 kq lobya (qabaqcadan azca qaynadırıq)
Şüyüd (xırda doğranmış)
Azərduz yodlu narın xörək duzu
Yağ
Hazırlanması:
Toyuq əti və ya duzlu balıq (mən bu dəfə duzlu balıqla elədim).
Düyünü adi qaydada suda bişirib, süzürük.
Sonra uzərinə şüyüdü və lobyanı əlavə edib qarışdırırıq.
P.S. Əgər plovu toyuqla bişiririksə, onda azca bişmiş toyuq ətini qazanın dibinə tökub uzərindən plovu tökmək lazımdı.
Qarışdırdıqdan sonra plovu qazana tökub, vam xodda dəmə qoyuruq.
Budur, "qaragözumuz" hazırdır.
Nuş olsun!