Qadin.NET / Kartoflu vareniklər (foto resept)

Kartoflu vareniklər (foto resept)

Kartoflu vareniklər (foto resept)
Tərkibi:
Xəmir üçün:
Un - 2 stəkan
Su - 0,5 stəkan
Yumurta - 1 ədəd
Azərduz yodlu narın xörək duzu

İçlik üçün:
Kartof - 0,5 kq
Böyük baş soğan - 1 ədəd
Mal əti - 100 qr
Azərduz yodlu narın xörək duzu
qara bibər - zövqə görə
Dəfnə yarpağı - 1 ədəd
Günəbaxan yağı

Hazırlanması: 
Una yumurta, su, duz əlavə edirik və qarışdırırıq.
Kartoflu vareniklər (foto resept)

 Xəmir əldən ayrılana qədər yoğururuq.
Kartoflu vareniklər (foto resept)

 Xəmiri örtüb saxlayırıq və içliyi hazırlayırıq.
Kartofları təmizləyib, yuyub dəfnə yarpağı ilə birlikdə bişiririk. Soğanı və əti kiçik kub şəklində kəsirik.
Kartoflu vareniklər (foto resept)
Əti əvvəlcə yağ tökmədən tavada bişiririk. Sonra soğanı tökürük. Ətin 
və soğanın bişməsi üçün qəhvəyi rəng alması vacibdir. 
Sonra isə onun 2/3-nü kartof püresinin üstünə tökürük, duz və bir qaşıq da yağ əlavə edib qarışdırırıq.
Kartoflu vareniklər (foto resept)
 Xəmiri yayırıq, stəkanla yumru dairələr kəsirik.
 Kartoflu vareniklər (foto resept)
İçliyi xəmirə doldururuq və şəkildəki kimi bükürük. 
Kartoflu vareniklər (foto resept)
Sonra isə 10-15 dəqiqə suda bişiririk və yapışmamasına diqqət edirik.
Bişdikdən sonra qalan içliyi yeməyin üzərinə səpələyirik.
Gözəl və dadlı alınması üçün süfrəyə limonla verə bilərsiniz.
Kartoflu vareniklər (foto resept)

Nuş olsun!

3 oktyabr 2011
GO BACK