İstifadəçi: emilya86
Tərkibi:
500 qr toyuq filesi
300 qr göbələk
200 qr soğan
100 qr holland pendiri
Duru yağ
Azərduz yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Bütün ərzaqlar doğranır və bir-birinin üzərinə əlavə edilərək qızardılır.
Bütün ərzaqlar qızarandan sonra listə boşaldıb üzərinə holland pendiri əlavə edərək sobaya qoyuruq.
10 dəqiqə bişiririk.
Hazırdır.
Nuş olsun!
İstifadəçi: yekta
Tərkibi:
1 qab şampinyon göbələk
1 qab toyuq filesi
1 soğan
1 çay qaşığı un
200 qram holland pendiri
"Bizim Süfrə" klassik mayonezi, xama
Azərduz yodlu narın xörək duzu
Əvvəlcə soğanı xırda-xırda doğrayıb yağda qovururuq.
Kənarda göbələkləri doğrayıb təmiz yuyuruq, soğanla qarışdırırıq.
Göbələk bişib suyunu çıxardır. Ona qədər qıraqda fileni didirik. Suyu quruyanda fileni əlavə edirik.
Sonra sousu yeməyə əlavə edib yaxşıca qarışdırırıq, qoyuruq bişsin.