İçi doldurulmuş kartof
Tərkibi:
6 ədəd kartof
İçlik:
2 baş soğan
300 qr ət
1 ədəd yumurta
2 diş sarımsaq
Duz,istiot
Sous:
3 ç.q tomat pastası
1.5 st su
1ç.q duz
Üzəri üçün:
Şüyüd
Hazırlanması:
Kartofları təmizləyib ortadan uzununa iki yerə ayırıb,içini qayıq formasında təmizləyirik.
İçliyin hazırlanması:
Ət,soğan,kartof ət maşınından çəkilir,yumurta,xırda doğranmış sarımsaq,duz və istiot qarışdırılıb içlik hazırlanır.
Kartoflar qiyməli içliklə doldurulur və bişirəcəyimiz tavaya yığılır.
Üzərinə hazırladığımız sousu əlavə edirik və bişməyə qoyuruq.Yemək hazır olduqdan sonra ,süfrəyə verildikdə göyərti səpirik.
Daha ətraflı hazırlanma qaydasına videoda baxa bilərsiniz!
Nuş olsun!