Tərkibi:
1 ədəd toyuq
1 ədəd pomidor
1 ədəd soğan
Quru nanə
Azərduz yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Əvvəlcə soğanı,
daha sonra pomidoru xırda-xırda doğrayırıq.
Bunları dərin qaba tökub uzərinə duz-istiot, quru nanə əlavə edib, qarışdırırıq.
Əvvəlcədən duzlanıb,turşulanmış toyuğun içinə doldururuq.
Tavaya azca su tökub, toyuğu içinə qoyuruq. Sobada vam atəşdə bişməyə qoyuruq. Toyuq böyükdürsə, 1.5 və ya 2 saata bişməlidir.
Budur, toyuğumuz hazırdır.
Nuş olsun!