Göbələkli kartof qızartması
Tərkibi:
Kartof
Soğan
Göbələk
Şüyüd
Duz,
istiot,
sarıkök
Hazırlanması:
Göbələklər təmizlənib, yuyulub doğranılır. Soğan aypara şəklində, kartof kub şəklində doğranılır. İlk öncə soğan azca qızardılır, üzərinə göbələkləri əlavə edib qapağı bağlı şəkildə suyunu buraxıb yağa düşənədək bişirilir.
Daha sonra kartof əlavə edilir. Kartofu ayrı tavada bişirib yağa düşmüş göbələyə əlavə etmək olar və ya birlikdə qızartmaq olar.
Duz, istiot, sarıkök ağız dadına görə əlavə edilir. Yemək hazır olduqdan sonra üzərinə şüyüd əlavə olunur.
Daha ətraflı hazırlanma qaydasına videomuzda baxa bilərsiz!
Nuş olsun!