Tərkibi:
600 qram toyuq qiymə
1 su st çəkilmiş quru çörək
1 ç/q cirə
3 diş sarımsaq
yarım ç/q istiot
1,5 ç/q duz
İçlik üçün
2 su st sürtgəcdən keçirilmiş pendir
Qızartmaq üçün
1 ədəd yumurta
un
günəbaxan yağı
Hazırlanması:
Bütün kotlet üçün ərzaqları qabda yoğurun. Hazırlanan kotleti soyuducuda 1 saat saxlayın.
Kotletlərə forma vermək üçün su stəkanından istifadə edə bilərsiniz.
Hər kotletin içinə pendiri sürtgəcdən keçirib qoyun.
Kotletləri çırpılmış yumurtaya və una batırın. Bol yağda qızardın, alt-üst bişdikdən sonra servis edin.