Qadin.NET / Tavada su börəyi

Tavada su börəyi

Tərkibi:

 3 ədəd yumurta 

  1 qəhvə fincanı su

 Apardığı qədər un

  100 q kərə yağı

 500 q pendir

Yarım dəstə cəfəri ə ya keşniş

Azərduz yodlu narın xörək duzu


Hazırlanması:  

Yumurta, su, un, duzla xəmir yoğururuq. 30 dəqiqə gözlədikdən sonra xırda kündələr edirik və kündələri oxlovla açaraq kənara yığırıq. Unlayırıq ki yapışmasın. Açarkən nə çox nazik, nə də çox qalın etmirik. Birinci yuxanı bir az böyük açırıq.

  

 

 

Geniş qazanda suyu qaynadırıq, bir tərəfdə də soyuq su qoyuruq. Bir də xəmirin suyunu süzmək üçün süzgəci tərs çevirib qoyuruq. Yuxaları tək-tək ilk öncə qaynayan suya salıb 30 saniyə saxlayırıq (rənginin dəyişməsindən biləcəksiniz), sonra soyuq suya salırıq, daha sonra suyunu süzməsi üçün tərs çevrilmiş süzgəcin üstünə səririk (kim istəsə cırılmaması üçün yuxanı 2 yerə bölə bilər).
 

 

100 q yağı əridirik. Tavanı yağlayıb böyük açdığımız yuxanı kənarları tavanın kənarına çıxacaq şəkildə qoyuruq, yağlayırıq. 2 yuxanı eyni qaydada edirik, amma onları qırış-qırış qoyuruq. Hər iki qatdan bir pendir içliyimizi yayırıq, üzərindən yenə eyni qaydayla yuxaları qoyuruq. Hər yuxanın arasına yağ çəkirik.
 


Sonuncu qatı yerləşdirdikdən sonra ən altdakı xəmirin kənarlarını üzərinə bükürük, bişməyə qoyuruq. Tavanı fırladırıq ki, hər tərəfi bişsin. Alt tərəfi bişdikdən sonra tavanı geniş qaba çevirib ehtiyatla tavaya təkrar yerləşdiririk. Qızardığına əmin olduqdan sonra təkrar qaba çevirib dilimləyib ləzzətlə nuş edinfellow
 




Nuş olsun!
 
1 oktyabr 2011
GO BACK