Tərkibi:
1 yarım kiloqram quşbaşı quzu əti
500 qram xırda soğan
2 y/q kərə yağı
2 y/q pomidor sousu
1 su st isti su
7 diş sarımsaq
4 ədəd qurudulmuş bibər
duz
istiot
Hazırlanması
Böyük qazanın içində ətləri və soğanları əlavə edin. Kərə yağını əlavə etdikdən sonra 5 dəqiqə qovurun.
Sarımsaq pomidor sousu, istiot əlavə edib qovurmağa davam edin. Soba qabına boşaldıb üstünə isti su gəzdirin.
Duzu və ədviyyatları əlavə etdikdən sonra bibərləri düzün.
Ağzını bağlayıb, əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada 2 saat bişirin.
İsti-isti servis edin.