Qadin.NET / Çentik kababı (foto resept)

Çentik kababı (foto resept)

 

Tərkibi:

200 qram qiymə

yarım banka közlənmiş badımcan

3 ədəd böyük boy kartof (qızardılmış)

1 ədəd qırmızı bibər

1 ədəd soğan

1 ədəd yaşıl bibər

1 ç/q pomidor sousu

Duz, istiot, kəklikotu

 

Üstü üçün:

1 y/q cəfəri

1,5 su st qatıq

 

Hazırlanması:

Qiyməni tavada yaxçıca duru yağ ilə qovurun. Üstünə istəyə görə ədviyyat əlavə edin.

Ayrı tavada bibər və soğanları doğrayıb qovurun.

Bibər və soğanları qiymə ilə birləşdirib üstünə az duru yağ ilə birlikdə biraz daha qovurun. Pomidor sousunu qovurduqdan sonra duz, istiot, kəklikotu əlavə edərək qarışdırın.

Çentik kababı (foto resept)

Ayrı tavada közlənmiş badımcanları və kub-kub doğranmış qırmızı bibərləri əlavə etdikdən sonra 2 dəqiqə pörtün.

Geniş servis boşqabına əvvəlcə közlənmiş badımcanları və qırmızı bibərləri yayın. Sonra qatıq və cəfəri qarışımından sonra isə qızardılmış kartofları qoyu. Üst qismə cəfəri qoyaraq bəzəyin.

Çentik kababı (foto resept)

25 yanvar 2019
GO BACK