Tərkibi:
yarım kiloqram toyuq qanadı
2 ədəd kartof
Sous üçün
2 y/q qatıq
2 y/q duru yağ
1 ç/q pomidor sousu
1 ç/q bibər sousu
1-2 diş sarımsaq
kəklikotu
istiot
qırmızı bibər
duz
Hazırlanması:
Sous ərzaqlarını dərin qabın içində qarışdırın. Sonra kartofları alma dilimləri kimi kəsin.
Qanadları kartoflarla birlikdə bol sousun içinə tökün.
Sonra listə düzün, 200 dərəcədə qızarana qədər bişirin.
İsti-isti yanında 1 stəkan ayranla servis edin.