Tərkibi:
1 paket buruq makaron
2 y/q kərə yağı
1 y/q pomidor sousu
2 diş sarımsaq
4 ədəd orta boy pomidor
1 ç/q istiot
1 ç/q duz
1,5 su st su
Hazırlanması:
Dərin qazanda makaronu qaynadın. Sonra orta boy qazanın içinə kərə yağını qoyun. Sürtgəcdən keçirilmiş sarımsaqları, pomidor sousunu əlavə edib, qarışdırın.
Sonra sürtgəcdən keçirilmiş pomidorları əlavə edərək qarışdırmağa davam edin. Pomidorları bir müddət bu formada bişirin. Sonra bişən makaronu üstünə əlavə edərək qazanın ağzını bağlayın.
Suyunu çəkənə qədər təxminən 10-12 dəqiqə bişirin. Qazın üstündən götürüb qırağa qoyun.