Tərkibi:
2 böyük boy kartof (kub-kub doğranmış)
2 y/q kərə yağı
1 orta boy doğranmış quru soğan
1,5 su st qatıq
1/2 su st ağ pendir
1/2 su st kaşar pendiri
1 ç/q duz
1-2 ç/q istiot
1/4 su st doğranmış yaşıl soğan
Hazırlanması:
İlk əvvəl sobanı 175 dərəcədə isidin. Böyük qab götürün.
Doğranmış soğanı, parçalanmış ağ pendiri və qatığı qabın içinə qoyub qarışdırın.
Daha sonra doğradığınız kartofları və əridilmiş kərə yağını da əlavə edin və qarışdırın.
Qarşımı soba qabına əlavə edin. Üstünə sürtgəcdən keçirilmiş kaşar pendiri səpin.
Üstünə duz, istiot və doğranmış yaşıl soğan səpib sobaya qoyun.
Sobada 45-50 dəqiqə bişirin.
Pendir qəhvəyi rəngdə və qabarıq olduqda yemək hazırdır.