Tərkibi
Xəmiri üçün:
1 paket quru maya
1 ç/q toz şəkər
1 ç/q duz
1 su st ilıq su
3,5 su st un
Üstü üçün
250 qram orta yağlı qiymə
1 ədəd incə doğranmış soğan
3 y/q duru yağ
yarım dəstə incə doğranmış cəfəri
1 ədəd pomidor
ç/q ilə istiot, cirə
2 ədəd yaşıl bibər
yarım çay st su
Bəzəmək üçün
Limon dilimləri
Doğranmış soğan
Cəfəri
Hazırlanması:
İlıq suya quru mayanı qarışdırın. Daha sonra yavaş-yavaş un əlavə edib yoğurmağa başlayın. Xəmiri bu formada 1 saat mayalandırın.
İç ərzaqlarını dərin qadıb içində hazırlayın.
Alınan xəmirdən kiçik hissələr alaraq açın və içliyi bərabər miqdarda xəmirin üstünə qoyun.
Bu xəmirləri 200 dərəcəlik sobada bişirin.
Bişirdikdən sonra bəzəmək üçün olan ərzaqları əlavə edib servis edin.