Tərkibi:
1 paket spagetti
100 qram dana əti
3 ədəd yumurta
1 ədəd yumurtanın sarısı
100 qram parmesan (pendir)
iri dənəli çəkilmiş istiot
1 ç/q zeytun yağı
İstəyə görə duz
Hazırlanması
Tavanın içinə ətləri əlavə edib qızardın.
Bir qabın içində 3 yumurtanı tam formada, qalan birinin də sadəcə sarısını əlavə edin.
Yaxşı qarışdırdıqdan sonra içinə parmesan pendir əlavə edin.
Spagettini suyun içində bişirin. Sous tavasının içinə bişən ətləri və yumurtanı biraz qarışdırın. Bişən spagettiləri əlavə etdikdən sonra az makaron suyu, duz və istiot əlavə edin.
Dəmlənənə qədər qazın üstündə qalsın. İlıq halda servis edin.