Tərkibi:
2 ədəd levrek balığı
2 su st düyü
1 çay st zeytun yağı
1/2 ç/q darçın
2 ç/q duz
Hazırlanması
Balıqları yaxşıca təmizləyib, xəfif duzlayın. Daha sonra qazanın içinə zeytun yağı əlavə edib xəfif qızardın. Ardınca darçın, duz və suyu da əlavə edərək qaynamağını gözləyin.
Qaynayan suyun içinə yuyulmuş düyüləriəlavə edin. Düyünün üstünə balıqları da qoyaraq ağzını bağlayın.
Tamamilə suyunu çəkdikdən sonra qazın altını söndürüb dəm almağa qoyun. Sonra servis edin.